METBUAT.AZ

Hadisə

53 yaşlı qadının plastik əməliyyat zamanı ölümü araşdırılır -

9 Yanvar 2024 17:13

Bakıda özəl klinikada 53 yaşlı qadının ölümü araşdırılır.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, 2023-cü il dekabrın 21-də 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın "Mediacare" klinikasında ölməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.


metbuat.az.