METBUAT.AZ

Hadisə

90 yaşlı qadın xilas edildi

25 Yanvar 2024 11:45

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətinindən Metbuat.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 1934-cü il təvəllüdlü G.Cabbarovanı xilas ediblər.


metbuat.az.