24 Yanvar 2024 03:25
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-nin Rusiyanın Ukraynada İranın pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsi ilə bağlı ittihamlarının yalan olduğunu deyib.
Metbuat.az xəbər verir ki, Lavrov Amerikanın CBS televiziyasına verdiyi açıqlamada ABŞ-nin Rusiyanın Ukraynada İran PUA-larından istifadə etməsi ilə bağlı ittihamlarına cavab verib:
“Bizi Ukraynaya hücum etmək üçün İran PUA-larından istifadə etməkdə ittiham edirlər. Bu tamamilə uydurmadır. Əgər sübutunuz varsa, təqdim edin. Biz özümüzü müdafiə etməyəcəyik, çünki bizim ittiham olunduğumuza dair heç bir sübut yoxdur”.