METBUAT.AZ

Dünya

ABŞ İordaniyadakı bazaya hücumla bağlı cavab tədbirləri görəcək

31 Yanvar 2024 00:26

ABŞ İordaniyadakı bazaya hücumla bağlı cavab tədbirləri görəcək.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

ABŞ Prezidenti Cozef Bayden İordaniya və Suriya sərhədindəki əl-Tanf bölgəsində bazaya edilən hücuma cavab veriləcəyini bildirib. Lakin hansı cavab tədbirlərinin görüləcəyi məlum deyil.

Bununla belə, Bayden Vaşinqtonun Yaxın Şərqdə münaqişəni genişləndirməyə çalışmadığını vurğulayıb.


metbuat.az.