METBUAT.AZ

Hadisə

Abşeronda oğul atasını

25 Yanvar 2024 09:59

Abşeron rayonu Masazır kəndi ərazisində bıçaqlanma hadisəsi olub.

Metbuat.az xəbər verir ki, Hamlet Həşimov küçəsi ev 15 ünvanında yaşayan Ceyhun Əliyev mənzildə atası, 1956-cı il təvəllüdlü Əliyev Mobil Məhərrəm oğluna bıçaqla 2 dəfə ağır xəsarət yetirib.

Faktla bağlı Abşeron RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır ziyan vurma) maddəsi ilə cinayət işi başlanıb. Ceyhun Əliyev şübhəli şəxs qismində tutulub.


metbuat.az.