METBUAT.AZ

Sağlamlıq

Ağ çörəklə kartof qızartmasının ziyanları açıqlandı

11 Yanvar 2024 04:01

Boston uşaq hospitalının həkimləri uşaqlıqdan kartof və ağ çörəyə vərdişin beyində aclıq spazmları yaratdığını bildirib.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, alimlər kartofla çörəyin beynin aclıq-toxluq hisssəsini qıcıqlandırdığını sübut edib. Bu kəşf insanların burger və kartof fridən asılılığını izah edir.

Alimlər yeməkdən 4 saat sonra iştirakçıların beyin aktivliyini skan ediblər.

Skan zamanı qızarmış kartof və ağ çörəyə beynin mükafat və aclıq hissiyatına cavabdeh zonalarının aktivləşdiyi müşahidə olunub.

Bu nəticələr insanların kökəlməsi və qidalardan asılılığını dərmansız aradan qaldırmağın mümkünlüyünü sübut edir.

Bəzi qidalar narkotik kimi təsir edir. Beyin qızarmış kartofla ağ çörəkdən elə bir həzz alır ki, hər dəfə bu qidaların miqdarını artırmaq siqnalı verir. Beləcə, insan kartofu görəndə dayana bilmir.

Əgər biz yüksək qlikemik indeksli karbohidratları məhdudlaşdırsaq, aşırı yemək vərdişi və qanda şəkərin yüksəlməsindən xilas ola bilərik.


metbuat.az.