METBUAT.AZ

Ölkə

Ağdamda mina partladı -

21 Yanvar 2024 14:18

Yanvar 21-də saat 13:30 radələrində Ağdam rayonu ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Abışov Faiq Səyyad oğlu ayağından xəsarət alıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.


metbuat.az.