METBUAT.AZ

Maraqlı

Amazonun qurucusu Jeff Bezos barədə

30 Yanvar 2024 16:55

Amazonun qurucusu Jeff Bezos hələ də Amazonu ilk qurduğunda istifadə etdiyi masada çalışır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, həmin masanın 24 yaşı var. Maraqlısı budur ki, bu masa köhnə bir qapıdan hazırlanıb.

Jeff Bezos bildirri ki, milyarder olmaqla deyil, qənaətçillik bir yaşamtərzidir.

Qeyd edək ki, Amazon.com ilk qurulmuş və ən böyük onlayn satış saytıdır. Adını Amazon çayından götürüb. Ceff Bezos onlayn satış şirkətinin adını əlifba sırası üzrə siyahıda önə çıxması üçün Amazon qoyub. Ceff Bezos tərəfindən 1994-cü ildə Amerikanın Sietl şəhərində qurulan şirkət işə ilk öncə kitab sataraq başlamışdır. Hal-hazırda isə Amazon.com-da DVD, musiqi albomu, kompüter proqramı, kompüter oyunu, elektron əşya, mebel kimi fərqli məhsullar satılır.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.