30 Yanvar 2024 17:50
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeni ailə planlaması proqramını hazırlayır. Bu proqram vasitəsi ilə nikaha daxil olmaq istəyənlərin psixoloji vəziyyəti və yaxud ailələrin dağılmasına səbəb olan faktlar öyrənilib təhlil ediləcək”.
Bu fikirləri AQDK-nin regional mərkəzlərlə iş sektorunun müdiri Pərviz Əliyev Metbuat.az-ın sualına cavab olaraq deyib. O qeyd edib ki, proqram imkan verəcək ki, ailələrin dağılmasına səbəb olan kənar təsirlər müəyyən edilib bu istiqamətdə işlər aparılsın.
“Burada əsas məsələ qurulan ailənin mahiyyətinin düzgün izah edilməsidir. Bəziləri ailə qurmağı formal bir hal hesab edir. Amma cütlükləri buna hazırlamaq lazımdır. Hər bir evliliyə addıma atan şəxs həm maddi, həm psixoloji cəhətdən buna hazır olmalıdır.Bizim üzərində işlədiyimiz proqram bu məqsədlərə yönəlib və gələcəkdə sağlam ailə institutunun qurulmasında mühüm rol oynayacaq”.
Gülbəniz Hüseynli / Metbuat.az