20 Yanvar 2024 13:40
Maddi problemlər yaşayan “Araz-Naxçıvan” bir legioneri ilə yollarını ayırmaq istəyir.
Metbuat.az “Report”a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçi Aksel Nqandonun gedişində maraqlıdır.
Lakin fransalı yarımmüdafiəçinin müqavilə müddətinin davam etməsi elita klubunu çətin duruma salıb. “Araz-Naxçıvan” rəhbərliyi 30 yaşlı pleymeykerdən özünə komanda tapmasını istəyib. Ancaq Nqando başqa təklifinin olmadığını əsas gətirərək, ayrılmağı düşünmədiyini bildirib.
Qeyd edək ki, 2023-cü ilin yayında ölkəsinin “Qrenobl” klubundan “Araz-Naxçıvan”a keçən Aksel Nqandonun sözləşmə müddəti mövsümün sonuna qədərdir. O, Premyer Liqanın 9 oyununda ümumilikdə 379 dəqiqə meydançada olub.