25 Yanvar 2024 13:55
Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib.
Bu barədə Metbuat.az-a danışan deputat Azər Badamov bildirib ki, Avropa Şurası Parlament Assambleyası Qərbin apardığı antiazərbaycan və islamofob siyasətinin tərkib hissəsi olaraq Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiq etmədi. Amma Azərbaycan nümayəndə heyəti AŞPA-nın Azərbaycana olan qərəzi və haqsızlığı görərək heç assambleyaının qərarını gözləmədən açıq bəyanatla çıxış edərək, qeyri müəyyən müddətə fəaliyyətlərini bu qurumda dayandırdıqlarını bildirərək, tərk etdilər.
"Burda AŞPA-nın Azərbaycana qarşı ədalətsizlik və qərəz nümayiş etdirməsi ilə bağlı suallar yaranır. İlk sual odur ki, AŞPA-nın fəaliyyətinin əsasları insan haqları, demokratiya və qanunun alililiyi çərçivəsində qurulmalı olduğu halda, niyə bu təməl prinsiplər tapdalandı? Bu sualın bir aydın cavabı var. O da AŞPA-nın təməl prinsipləri, onların əlində olan ölkələrdə sabitliyi pozmaq və gərginlik yaratmaq üçün, alətdən başqa bir şey deyil. . Əslində AŞPA özünün təməl prinsiplərindən uzaq və 1-2 dövlətin maraqlarını reallaşdıran beynəlxalq qurumdur. Ölkəmizə qarşı olan bu qərəzin və ikiüzlülüyün kökündə Fransanın Azərbaycana qarşı gözü-götürməməzlik dayanır. Yəni bütün bu hadisələrin Fransadan qaynaqlandığını hesab edirəm"
Deputat qeyd edib ki, bir müddət əvvəl Fransa Senatı da Azərbaycana qarşı qətnamə qəbul etmişdi.
Azərbaycan Fransanın bütün antiazərbaycan addımlarını qarşılıqlı şəkildə cavablandırır və dünya ictimaiyyəti qarşısında onun ləkəli tarixini açıq şəkildə ifşa edir Çünki, Azərbaycan haqq yolundadır və etdiyi bütün hərkətlər beynəlxalq hüquqa əsaslanır. Fransa görür ki, onların Azərbaycana qarşı öz parlamentlərində qəbul etdikləri qərarların heç bir gücü yoxdur və Azərbaycan o qərarları zibilliyə tullanan kağız parçaları olduğunu bəyan edir. Ona görə də Fransa daha geniş miqyasda Azərbaycana qarşı düşmənçiliyi davam etdirir. Bu, Almaniyalı deputatın əli ilə AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiq etdirməməsi ilə bağlı gündəmə gəldi. Almaniyalı deputat Qlaf Şoltsun yaxın adamı olduğu bildirlir və onların da Alamniyada nüfuzu kəskin şəkildə aşağı düşmüşdür. Bu da ondan irəli gəlir ki, Almaniya bir vaxtlar Avropa İttifaqında söz sahibi olan və ağsaqqallıq edən ölkə olsa da indi Fransanın əlaltısına və oyuncağına çevrilmişdir. Belə ki, Almaniya bu gün Makronun rəhbərlik etdiyi Fransanın dediyi ilə oturub durur. Ona görə də Makron Fransası bu dəfə Azərbaycana qarşı qərəzini özünün oyuncağına çevirdiyi Almaniyanın əli ilə gündəmə gətirdi".
Azər Badamov vurğulayıb ki, AŞPA üçün müqəddəs heç nə yoxdur. Onların işi ancaq Azərbaycanı və Türkiyəni ləkələməklə bağlıdır.
"Bu ondan irəli gəlir ki, Azərbaycan və Türkiyə dünyaya sözünü deyən, güclü və müstəqil siyasət yürüdən ölkələrə çevrilmişdir. O cümlədən biz dünya nizamında baş verən ədalətsizliklərə və beynəlxalq hüququn tapdalanması haqlarına qarşı çıxırıq. Ona görə də AŞPA-da Azərbaycana qarşı qərar qəbul olunanda bizim haqlı olmağımıza baxmayaraq bir xristian təssübkeçliyi nümayiş olundu. Azərbaycan nümayəndə heyəti bu məsləni qabaqcadan bilirdi və ona görə də ölkəmizlə bağlı qərar verilməzdən öncə assambleyanı tərk etdi. AŞPA-nın fəaliyyəti şəffafdırmı və ədalətə söykənirmi kimi bir sual da meydana gəlir. Qeyd etmək istəyirəm ki, Azərbaycan torpaqları 30 il erməni işğalı altında oldu. O cümlədən 1 milyondan çox azərbaycanlının təməl hüquqları pozularaq qaçqın və məcburi köçkün həyatını yaşamağa məcbur oldular. Ermənistan azərbaycanlıların yaşadığı yerlərdə bütün mədəni irsi, tarixi və dini abidələrini məhv edərək vandallıq etdilər. Azərbaycan nümayəndə heyəti bu məsələləri AŞPA-da dəfələrlə qaldırdı və Ermənistanın işğalçılıq siyasətinə son qoydurulması üçün kömək etmələrini istədi. Halbuki, Azərbaycan bu təşkilata 2001-ci ildə üzvü olanda torpaqlarımızda erməni işğalı məsələsinin ədalətli həll olunacağına böyük ümüdlər bəsləmişdi. Hesab edirdik ki, AŞPA öz statusundan istifadə edərək pozulmuş beynəlxalq hüququ bərpa etmək üçün Ermənistana təzyiq göstərəcək. Amma biz məsələləni gündəliyə salanda AŞPA münaqişələrə qarışmadığını və siyasi təşkilat olduğunu bildirərək boyun qaçırdı. Amma AŞPA vaxtında münaqişəyə müdaxilə etsəydi heç İkinci Qarabağ müharibəsinin başlamasına ehtiyac qalmazdı və münaqişə danışıqlar yolu ilə öz həllini tapa bilərdi".
Seyranə Quliyeva / Metbuat.az