29 Yanvar 2024 12:04
Son zamanlar xarici görünüşü müzakirə obyektinə çevrilən Xalq artisti Aygün Kazımova sözügedən mövzu ilə bağlı açıqlama verib.
Metbuat.az xəbər verir ki, 53 yaşına qədəm qoyan sənətçi qonaq olduğu "7 tamam" verilişində ilk dəfə bədən ölçülərindən danışıb.
"Mənim bədən ölçülərim 90-65-100-dür. Üzərrik çatlasın, pis gözlər partlasın (gülür). Əlbəttə ki, bu vücuda və ölçülərə sahib olmaq mümkündür. Çəkim hazırda 57 kiloqramdır. Boyum isə 167 santimetrdir.", - deyə Xalq artisti vurğulayıb.