METBUAT.AZ

Siyasət

Ayxan Hacızadədən Ermənistan XİN-ə

15 Yanvar 2024 22:37

“Açıq-aşkar ikiüzlülük nümunəsi: Ermənistan Yanvar faciəsi ilə bağlı faktları təhrif edir”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə X hesabında Ermənistan XİN-in iddialarına cavab verərkən deyib.

“Azərbaycanı deportasiya və etnik təmizləmədə ittiham etmək absurd olmaqla yanaşı, həm də Ermənistanın azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətini ört-basdır etmək cəhdidir”, - A. Hacızadə qeyd edib.


metbuat.az.