19 Yanvar 2024 22:48
Xəbər verdiyimiz kimi Mil-Muğan iqtisadi rayonunun ərazisində 5,1 maqnitudalı zəlzələ olub.
Metbuat.az xəbər verir ki, bölgə sakinləri zəlzələnin güclü şəkildə hiss etdiklərini bildiriblər. İmişli, Beyləqan, Şirvan sakinləri yeraltı təkanın güclü olduğunu bildiriblər. Sabirabad və Saatlı sakinləri də zəlzələnin tikililəri güclü şəkildə silkələdiyini ifadə ediblər. Sakinlərdən biri sosial media hesabında “İndiyə qədər olan ən güclü zəlzələ idi, az qaldı qapı çıxsın yerindən” deyə qeyd edib.
Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən
bildirilib ki, seysmohadisə Bakı vaxtı ilə saat 22:05-də qeydə alınıb. ABŞ-nin Geoloji Xidmətinin verilənlərinə görə, zəlzələnin ocağı Salyanın Qaraçala kəndi ərazisində, 50,2 km dərinlikdə