METBUAT.AZ

Ölkə

Azad olunan ərazilərdə 4 regional ASAN xidmət

20 Yanvar 2024 11:57

Azad olunmuş ərazilərdə 4 ASAN xidmət mərkəzi inşa edilərək fəaliyyət göstərəcək.
Mətbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. O bildirib ki, hazırda Şuşa şəhərində ASAN xidmət mərkəzinin tikintisi davam etdirilir: "Bu il həmin mərkəz fəaliyyətə başlayacaq. Eyni zamanda, gələcək illərdə Ağdam, Cəbrayıl və Laçın şəhərlərində də regional ASAN xidmət mərkəzləri fəaliyyət göstərəcək".

Cavidan Mirzəzadə / Mətbuat.az

metbuat.az.