METBUAT.AZ

İdman

Azərbaycan klubundan təklif alan Balotellidən sürpriz qərar

16 Yanvar 2024 15:59

Türkiyənin"Adana Demirspor" klubunda çıxış edən İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli ölkəsindəki klubla razılığa gəlib.

Metbuat.az xəbər verir ki, 33 yaşlı mərkəz hücumçusunun İtaliyaya transfer olmağa razılıq verdiyi bildirilir. “Calciomercato”nun məlumatına görə, Balotelli “Salernitana” klubu ilə müqavilə imzalamaq üzrədir. Qeyd edək ki, Azərbaycan klubu da Balotelliyə təklif göndərib. Bu barədə futbolçunun agenti Enzo Royala açıqlama vermişdi. O, klubun adını açıqlamayıb.

“Mənə çoxları zəng edir. Balotelli İtaliyaya qayıtmaq istəyir. Bu, onun arzusudur. Mənə İsraildən, Azərbaycandan, Argentinadan, Braziliyadan, Çindən, hər yerdən zəng gəlir" - deyə o bildirib.


metbuat.az.