31 Yanvar 2024 21:20
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Metbuat.az-ın məlumatına görə, günün ikinci oyununda "Neftçi" "Sumqayıt"ın qonağı olub.
Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib - 3:1. "Ağ-qaralar"ın qollarını 29-cu dəqiqədə Yeqor Boqomolski, 44 (pen) və 45+2-ci dəqiqədə Emin Mahmudov vurub.
"Gənclik şəhəri" təmsilçisində 60-cı dəqiqədə Elvin Bədəlov, 89-cu dəqiqədə Kasimir Ninqa fərqlənib.
Qeyd edək ki, günün ilk görüşündə turnirin son qalibi "Qəbələ" "Araz-Naxçıvan"la heç-heçə edib - 1:1. Ötən gün keçirilən oyunlarda "Zirə" səfərdə "Səbail"i 2:1, "Qarabağ" isə "Sabah"ı 7:1 hesabı ilə məğlub edib.