METBUAT.AZ

İqtisadiyyat

Azərbaycan neftinin qiyməti ucuzlaşdı

5 Yanvar 2024 11:30

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,37 ABŞ dolları, yaxud 1,67 % azalaraq 80,7 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


metbuat.az.