METBUAT.AZ

Ölkə

Azərbaycanda 5200-dən artıq məhkuma elektron nəzarət vasitəsi tətbiq edilib

31 Yanvar 2024 19:53

Azərbaycanda 5200-dən artıq məhkuma elektron nəzarət vasitəsi tətbiq edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində 2023-cü ilin yekunlarına dair kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqətdə saxlanılaraq hazırda 5.200-dən artıq məhkuma elektron nəzarət vasitəsi tətbiq edilib.

Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə imzalanmış müstəqillik tariximizin ən böyük əfv aktı ilə 801 məhkumun azadlıqdan məhrum etmə və digər cəzalardan azad edildiyi vurğulanıb.

Ədliyyə infrastrukturunun müasirləşdirilməsi, o cümlədən məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər qeyd olunub.


metbuat.az.