METBUAT.AZ

Hadisə

Azərbaycanda ağır və az ağır cinayətlər

26 Yanvar 2024 10:27

2023-cü ildə ölkədə 36.811 cinayət qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən kollegiya iclasında deyib.

O bildirib ki, 2022-ci illə müqayisədə 2023-cü ildə qeydə alınmış xüsusilə ağır cinayətlərin faiz göstəricisi sabit qalsa da, ağır və az ağır cinayətlərin faiz nisbəti azalıb, böyük ictimai təhlükə törətməyən cinayətlərin faiz nisbəti isə artıb.

"2023-cü ildə ölkə ərazisində 36.811 cinayət qeydə alınmaqla onların 87,8 faizinin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 21104 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1350-si prokurorluq orqanlarında isintaq edilib. Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 902, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 16146 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib".

Metbuat.az


metbuat.az.