METBUAT.AZ

Ölkə

Azərbaycanda bu məhsul

24 Yanvar 2024 14:56

Azərbaycanın xaricdən aldığı buğdanın qiyməti 20 faiz ucuzlaşıb. Belə ki, 1 ton buğdanın qiyməti 338 dollardan 259 dollara düşüb.

Metbuat.az xəbər verir ki, 2023-cü ildə ölkəyə 1 milyon 95 min tona yaxın buğda idxal edilib.

Ekspertlər hesab edir ki, bu idxal miqdarında ciddi azalma deməkdir.

İqtisadçı ekspert Eldəniz Əmirov ərzaq təhlükəsizliyinə milli təhlükəsizlik səviyyəsində yanaşıldığını bildirib:

“Belə ki, həcmlə ifadə etsək, təxminən 9,1 faiz az buğda idxal olunub. Ton ifadəsində isə 30 faiz azalma olub. Bu da biləvasitə Azərbaycanın ərzaq təhlükəsizliyinə milli təhlükəsizlik səviyyəsində yanaşmasının nəticəsidir. 2022-ci ildə daha çox buğda idxal edərək qarşıdakı prespektivlərdə bir növ müəyyən problemlər yaşanarsa, onu sığortalamağa yönəlik addımlar idi”.

Ekspertlər bildirirlər ki, dünyada əkin sahələri artılır. Buna görə də, yaxın günlərdə buğdanın qiymətində artım olacağı gözlənilmir.


metbuat.az.