METBUAT.AZ

Ölkə

Azərbaycanda bu sahədə vergi güzəştlərinin

7 Yanvar 2024 11:05

Azərbaycanda film istehsalı üçün vergi güzəştlərinin tətbiqinə başlanıldı.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, “Vergi Məcəlləsi”nə edilən dəyişikliklərə əsasən, ölkəmizdə qeydiyyatdan keçən və filmin istehsalını, habelə dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi bu il yanvarın 1-dən etibarən vergidən azad olunub.

"Güzəştlər mikrosahibkarlıq subyekti olmayan müəssisələrə şamil olunmaqla yanaşı, növbəti 3 ildə qüvvədə olacaq. Qeyd edək ki, bu güzəştlər sözügedən məcəllənin “Azadolmalar və güzəştlər” adlı 106-cı maddəsinə daxil edilib.

Bu güzəştlərin tətbiqi yerli film istehsalının dəstəklənməsi baxımdan vacib idi. Son illər bu sektorda müəyyən aktivlik müşahidə olunsa da, hələ də fundamental məhsulların təqdimatında çətinliklər müşahidə olunur. Yeni güzəştlər kinematoqrafiya müəssisələrinin gəlirlərini artırmaqla yanaşı, onlara re-investisiya imkanları da yaradacaq. Bunun isə film sənayesinin inkişafına müsbət təsir edəcəyi gözlənilir.
Bütün bunlarla yanaşı, bu sektorda vergi güzəştlərinin dairəsinin daha da genişləndirilməsi məqsədəuyğundur. Xüsusən kinematoqrafiya müəssisələrinin xərclərinin minimumlaşdıran güzəştlərin tətbiqinə ehtiyac var. Bu istiqamətdə müzakirələr davam etdiriləcək", - deyə o bildirib.


metbuat.az.