METBUAT.AZ

Hadisə

Azərbaycanda dəm qazından kütləvi zəhərlənmə -

21 Yanvar 2024 22:03

Biləsuvar rayonunda dəm qazından zəhərlənən şəxslərin adları məlum olub.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, onlar Biləsuvar rayon sakinləri - 1980-ci il təvəllüdlü R.Babayeva, 2007-ci il təvəllüdlü E.Babayeva, 2010-cu il təvəllüdlü Z.Suvarlı, 1988-ci il təvəllüdlü G.Suvarova, 2015-ci il təvəllüdlü A.Suvarov, 2009-cu il təvəllüdlü F.Məmmədzadə, 2006-ci il təvəllüdlü M.Məmmədzadə, 1979-cu il təvəllüdlü L.Məmmədova, 2012-ci il təvəllüdlü Z.Məmmədova, 1997-ci il təvəllüdlü G.İbrahimova, 1969-cu il təvəllüdlü R.Əliyevadır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

21:34

Biləsuvar rayonunda 4 fərqli ünvanda dəm qazından kütləvi zəhərlənmə olub.

TƏBİB-dən bildirilib ki, yanvarın 21-də gün ərzində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına dəm qazından zəhərlənmə şübhəsi ilə 11 nəfər müraciət edib.

Zəhərlənənlərin hər birinə zəruri tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.


metbuat.az.