15 Yanvar 2024 17:04
Prezident İlham Əliyev “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib.
Metbuat.az xəbər verir ki, yenilənmiş qanuna əsasən, bu ildən tikinti obyektləri elektrik şəbəkəsinə qoşularkən məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər olan (200 kVt da daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin mövcud 0,4 kV-luq şəbəkəyə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş ediləcək və enerji təchizatı layihəsinin hazırlanması və tikinti-quraşdırma işləri enerji təchizatı müəssisəsi tərəfindən həyata keçiriləcək.
İndiyə qədər tələb olunan gücü 150 kVt-a qədər olan (150 kVt da daxil olmaqla) tikinti obyektləri elektrik şəbəkəsinə qoşularkən ödəniş edilirdi.