METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanda ictimai iaşə

20 Yanvar 2024 13:23

2023-cü ildə Azərbaycanda ictimai iaşə dövriyyəsi 2022-ci illə müqayisədə real ifadədə 15,2 % artaraq 2 milyard 41,5 milyon manat təşkil edib.

Metbuat.az xəbər verir ki, illik dövriyyənin 19 milyon 511,6 min manatı dövlət, 2 milyard 022 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.

Özəl sektorda isə dövriyyənin 50,6 %-i hüquqi şəxslərin, 49,4 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 15,6 % artaraq 1 024,1 milyon manat olub.


metbuat.az.