10 Yanvar 2024 13:59
Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Vilvan kəndi ərazisində qeydə alınıb.
1968-ci il təvəllüdlü Natiq Məmmədovun idarə etdiyi “Mercedes 600” markalı avtomobil yol kənarındakı ağaclara və elektrik dirəyinə çırpılıb. Nəticədə ağır xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.
Qəzada ölən N.Məmmədov Lənkəranda iş adamı kimi tanınıb. Sahibkarın rayonda yanacaqdoldurma məntəqəsi olub.
Faktla bağlı araşdırma aparılır.