18 Yanvar 2024 10:32
2023-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2022-ci ilə nisbətən 9.7% bahalaşıb.
Metbuat.az xəbər verir ki, ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 7.8%, təkrar mənzil bazarında isə 9.8% artıb.
Qeyd edək ki, 2023-cü ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 1,7%, o cümlədən ilkin mənzil bazarı üzrə 1,8%, təkrar mənzil bazarı üzrə 1,7% artıb.