23 Yanvar 2024 14:16
Bu il yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 437,8 milyon manat təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, bu, ötən il dekabrın biri ilə müqayisədə 0,6% azdır.
Ölkədə problemli kreditlərin məbləği son bir ildə isə 26,3% azalıb.
2023-cü il dekabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8% təşkil edib. Bu nisbət noyabrın sonuna 1,9%, 2022-ci il dekabrın sonuna isə 2,9% olub.