27 Yanvar 2024 23:31
Sabirabadda toy karvanında avtomobil qəzaya uğrayıb, bir ailənin 3 üzvü xəsarət alıb.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində baş verib.
Avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 2013-cü il təvəllüdlü Qasimli Nihad Xalid oğlu, 2010-cu il təvəllüdlü Qasımlı Kazım Xalid oğlu və uşaqların nənəsi -1954-cü il təvəllüdlü Qasımova Cəmilə Musa qızı müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.