METBUAT.AZ

İdman

​Azərbaycanlı jurnalist Messini seçdi, o da qalib oldu

16 Yanvar 2024 11:32

Azərbaycanlı jurnalist Rasim Mövsümzadənin FIFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatı üçün seçimi müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, o, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Lionel Messini 2023-cü ilin ən yaxşısı hesab edib.

Mövsümzadə İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Holannı ikinci, İspaniya təmsilçisi "Barselona"nın formasını geyinən İlkay Gündoğanı üçüncü yerə layiq görüb.

Qeyd edək ki, Messi “The Best” mükafatının sahib olub. Argentinalı hücumçu 2019 və 2022-ci illərdə də bu fərdi titula yiyələnib.


metbuat.az.