METBUAT.AZ

Gündəm

"Azəriqaz"dan abonentlərə əlavə borc yazılmasına iddialarına

26 Yanvar 2024 12:17

“Azəriqaz” İstehsalat Birliyindən vətəndaşlara əlavə qaz borcu yazılması ilə əlaqədar məsələlərə aydınlıq gətirilib.

Metbuat.az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, əgər abonent dəymiş ziyanla razılaşmırsa məhkəməyə getmək hüququ var:

“ Bu zaman “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları metrologiya departamentinin yoxlanmış qaydalarınaa əsaslananaraq dəymiş ziyanı abonentə qaytarırlar. Abonentin onunla razılaşmamaq kimi hüququ var. O hüququ mübahisələndirmək üçün məhkəməyə müraciət edə bilər”.

Eldəniz Vəliyev qeyd edib ki, əvvəllər qanunda müəyyən boşluqlar səbəbindən eyni tipli məsələlərə ya "Azəriqaz" ın, ya da abonentin xeyrinə qərar çıxarılırdı:

“Azəriqaz” İstehsalat Birliyi ağlına gələn rəqəmi abonentin qəbzinə yaza bilməz, onu əsaslandırmalıdır. 2022-ci ildə qanuna edilən dəyişikliyə əsasən dəymiş ziyanın daha dəqiq prinsiplərlər araşdırılması ehtiva olunur. Bundan sonra bu kimi məsələlərdə daha çox hüquqa dayanmış qərarlar veriləcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.