7 Yanvar 2024 11:44
Xəbər verdiyimiz kimi, Əməkdar artist Aygün Bəylər ötən gün Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.
Metbuat.az xəbər verir ki, xanəndənin bacısı Zümrüd Hümbətova Axşam.az-a açıqlamasında bildirib ki, mərhumun nəşi hələ Bakıya gətirilməyib:
“Gözləyirik, hələ bilmirik vida mərasimi harada olacaq. Biz onu Suraxanıda dəfn etməyi düşünürük. Bizə çox çətindir. Aygün xalqın sənətkarı idi, amma bizim əzizimizdir”.
Qeyd edək ki, A.Bəylər uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.