METBUAT.AZ

İqtisadiyyat

Bağçılığın inkişafı üçün 1 milyon manat güzəştli kredit verildi -

8 Yanvar 2024 14:22

Sahibkarlığın İnkişafı Fondu LENK FRUİT MMC-nin intensiv sitrus meyvələrinin yetişdirilməsi üçün bağçılığın inkişafı layihəsinə 1 milyon manat güzəştli kredit verib.

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazxiri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Lənkəranda icra olunacaq layihə nəticəsində 30 yeni iş yerinin yaradılması nəzərdə tutulur", - nazir qeyd edib.


metbuat.az.