METBUAT.AZ

Ölkə

Bakıda 2 marşrut xəttində avtobusların hərəkət sxemi

15 Yanvar 2024 16:49

Bakıda sərnişindaşımanı həyata keçirən 3 və 88 nömrəli marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Metbuat.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, dəyişikliyə səbəb paytaxtın Binəqədi rayonunda partlayışın baş verməsidir. Nəticədə Abay Kunanbayev küçəsindən keçən sözügedən marşrut xətləri üzrə avtobusların hərəkəti Süleyman Sani Axundov küçəsindən təşkil edilib.


metbuat.az.