METBUAT.AZ

Gündəm

Bakıda Arayik və "dostları"nın həbsxana görüntüsü -

21 Yanvar 2024 00:26

Bakıda həbsdə olan erməni separatçıların həbsxanadan fotoları yayılıb.

Metbuat.az xəbər verir ki, fotolar sosial mediada paylaşılıb.

Onlar həbsxanada televizora baxır, kitab oxuyurlar. Fotolardan onların həbsxanada yaradılan şəraitdən məmnun olduqları görünür.

Xatırladaq ki, ötən ilin sentyabr ayında keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

aş prokuror Kamran Əliyev bu gün deyib ki, Bakıda həbsdə olan Qarabağ separatçılarının istintaqı beynəlxalq hüququn, beynəlxalq konvensiyaların normalarına riayət olunmaqla davam edir.

O bildirib ki, onlara yekun ittiham elan ediləndən sonra işləri məhkəməyə göndəriləcək.


metbuat.az.