20 Yanvar 2024 11:41
Bakının Binəqədi rayonunda baş verən yanğınla bağlı başlanmış cinayət işinin istintaqı davam edir.
"Mətbuat.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, cinayətin səbəbləri və məsul şəxslərlə bağlı hazırda bütün ekspertizalar təyin edilib: "Baş verən partlayış və yanğının səbəbi ilə bağlı bir neçə versiya var. Ekspertiza nəticələrindən sonra təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunacaq.
Yanğın zamanı 9 nəfər dünyasını dəyişib, yaralılar var. Təəssüf hissi ilə ölən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik. Onların müalicəsi istiqamətində bizim tibb orqanları tərəfindən tədbirlər həyata keçirilir".
Cavidan Mirzəzadə / Metbuat.az