13 Yanvar 2024 12:33
Azərbaycanın paytaxtı Bakıda "Beynəlxalq Türk Dünyası Sosial, Təhsil Elmləri Konqresi" keçirilib. Açılış mərasimində Azərbaycan və Türkiyədən müxtəlif universitetlərin rəhbərləri və akademikləri iştirak ediblər. Qurultayda türk birliyi, təhsil və əməkdaşlıq məsələləri müzakirə edilib.
Metbuat.az xəbər verir ki, konqresdə “Türk dövlərinin birliyi” “Türk millətinin etnik kökənləri” “Türk xalqının dünyada rolu” “Türk Dövlətinin milli-mənəvi dəyərləri”, “Türk dövlətlərinin mədəniyyəti” və digər mövzulardan bəhs edilib.
Konqresdə Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Jalə Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin dekanı Mehmet Yüce, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynova, Aydın Adnan Menderes Universitetinin rektor müavini professor dr. Cemal İyem, BZT Turan Akademiyasının Türkiyə başkanı Baha Yılmaz , BZT Turan Akademiyasının Azərbaycan Başkanı Niyaməddin Şükürov, BZT Turan Akademiyasının Orta Asiya və Qafqan üzrə sorumlusu,AMEA-nın elmi işçisi Fərahilə Şükürova, BZT Turan Akademiyasının Azərbaycan Başkan yardımçısı Rəsul Dadaşov, Azərbaycan Türkiye Gençlerinin Dostluk Cemiyeti Başkanı Hakan Seyhan, Dünya Alpagut Federasiyasının sədr müavini Emil Rahimov, Azərbaycan Multikulturalizm mərkəzinin analitik şöbəsinin müdiri Rəşad İlyasov,Atatürk liseyinin müdiri Eylem Gültekin Azərbaycan Dövlət Turizm və Yönetim Universitesi prorektöru sayın Araz Arslanlı, Aydın Adnan Menderes Universitetinin AAM müdürü Dr. Aytən can müvafiq mövzular istiqamətində çıxış ediblər.
Konqres 74-ü Türkiyədən olmaqla 21 ölkədən 165 akademikin iştirakı ilə 3 gün davam edəcək.