METBUAT.AZ

Hadisə

Bakıda binanın fasadı qopub maşının üstünə düşdü -

7 Yanvar 2024 13:12

Bakıda “Mahal” MTK tərəfindən inşa edilmiş 17 mərtəbəli binanın fasadı qopub.

Metbuat.az qaynarinfo.az-a istinadən xəbər verir ki, MTK-ya məxsus Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada baş verib.

Belə ki, dünən axşam binanın üzlüyü qoparaq avtomobillərin üzərinə düşüb. Xeyli sayda avtomobilin zərər gördüyü deyilir.

Məsələ ilə bağlı MTK-nın özünü təqdim etməyən nümayəndəsi bildirib ki, yüngül hadisə baş verib.

Onun sözlərinə görə, binanın qopan üzlüyü daş deyil:

“Nazik fasad üzlüyüdür, qopub. Yaxın günlərdə bərpa ediləcək. Binanın digər yerlərində olan üzlük möhkəm yapışdırılıb”.


metbuat.az.