METBUAT.AZ

Ölkə

Bakıda bu hotelin ərazisindəki qanunsuz tikili söküldü -

25 Yanvar 2024 10:04

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, bu çərçivədə, Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Luxury Life” hotelinin ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz quraşdırılan metal konstruksiyalar sökülüb.


metbuat.az.