25 Yanvar 2024 09:21
Bakıda 64 yaşlı kişi faciəli şəkildə ölüb.
Metbuat.az-ın məlumatına görə, hadisə Buzovna qəsəbəsində baş verib. 1960-cı il təvəllüdlü, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, döngə 2, ev 4-də yaşayan Xələfov Xələf Hacıbaba oğlu yaşadığı evin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.