19 Yanvar 2024 10:48
Yanvarın 12-də Nəsimi rayonu ərazisində mənzillərin birindən 23000 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Metbuat.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Qəhrəmanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.