15 Yanvar 2024 15:33
Bakıda sərnişin avtobusunun “drift” etməsi gündəm olub. Metbuat.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
.Məsələ ilə bağlı Ekspert Elməddin Muradlı fikirlərini bildirib. Ekspert qeyd edib ki, ortaya çıxan məqam bundan ibarətdir ki, həmən şirkət sürücülərinə peşakarlığın artırılması məqsədilə təlim keçirmiş və sürücüdə vəziyyətdən istifadə edərək belə bir mənzərə ortaya çıxarıb, bu da sosial şəbəkələrdə paylaşılıb. "Əslində bu hal qapalı məkanda təlim kimi qəbul olunsa, sürücü çox mükəmməl bir sürüş nümayiş etdirir. Amma təhlükəsizlik baxımından əlverişli şərait seçməyib" deyə Elməddin Muradlı vurğulayıb. Artıq sürücünün cəzalandırıldığını bildirən Ekspert əlavə edib ki, avtobus sürücülərinin peşəkarlığının artırılması onların psixoloji durumunun yoxlanılması olduqca vacibdir.
"Bu məsələ daim müzakirə olunur. Bununla bağlı təkliflər veririk. Düşünürük ki, sürücülərin peşakarlığın həm sürüşdə həm, psixoloji münasibət də davranış qaydalarında özünü göstərməlidir. Təbii ki bu cür hərəkətləri ümumi istifadədə olan yodla etsə avtoxuliqan kimi həbs oluna bilər"