METBUAT.AZ

Hadisə

Bakıda sürücünü döyüb

12 Yanvar 2024 11:29

Yanvarın 11-də gecə saatlarında Sabunçu qəsəbəsi ərazisində bir nəfərin “Mercedes” markalı avtomobilinin quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Ələsgərov müəyyən olunaraq saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

“Mercedes” markalı avtomobilin sürücüsünün döyüldüyü, avtomobilinin əlindən alındığı bildirilir.


metbuat.az.