8 Yanvar 2024 14:38
2040-cı ildə Bakıda turizm sektorunun ümumi daxili məhsulda (ÜDM) payı 10 % olacaq.
Metbuat.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Sənəddə qeyd olunub ki, 2019-cu ildə paytaxtın ÜDM-də turizm sektorunun payı 1 milyard 898 milyon manat və yaxud 6,5 % təşkil edib.
Əlavə olaraq, bu sahə ilə bağlı ehtimal olunan illik iqtisadi artım 5 % nəzərdə tutulub.