8 Yanvar 2024 12:44
Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planının icrasına ümumilikdə 93,6 milyard manat vəsaitin yönəldilməsi nəzərdə tutulur.
Metbuat.az xəbər verir ki, bu, Baş Planda əksini tapıb.
Sənədə əsasən, bunun 60,5 milyard manatı dövlət büdcəsindən ayrılacaq, qalan 33,1 milyard manatı isə özəl sektorun payına düşəcək.