METBUAT.AZ

İdman

"Barselona"dan 100 milyonluq transfer -

15 Yanvar 2024 11:42

İngiltərənin "Nyukasl" klubunun futbolçusu Bruno Gimarayns karyerasını İspaniyada davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, "Barselona" 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Kataloniya təmsilçisi braziliyalı oyunçu üçün 80 milyon avro ödəməyə hazırdır. Klub 100 milyon dollara yaxın olan qiyməti azaltmaq üçün bəzi futbolçularını da qarşı tərəfə təklif edəcək.

Qeyd edək ki, Gimaraynsın Premyer Liqa təmsilçisi ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.


metbuat.az.