METBUAT.AZ

Hadisə

Baş prokurorluq Bakıdakı partlayışla bağlı

15 Yanvar 2024 13:23

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.

Bu barədə Metbuat az-a Baş prokurorluqdan məlumat verilib.

Aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.


metbuat.az.