9 Yanvar 2024 11:07
ABŞ Prezidenti Co Bayden Cənubi Karolina ştatının Çarlston şəhərindəki kilsədə keçirilən tədbirdə çıxış edərkən salonda bəzi nümayişçilər tərəfindən etirazla qarşılanıb.
Metbuat.az xəbər verir ki, Baydenin kilsədəki çıxışı İsrailin Qəzzaya hücumlarına etiraz edən bir qrup Qəzza üçün "atəşkəs indi" şüarları ilə kəsilib. Nümayişçilər kilsədə ayağa qalxaraq “atəşkəs indi” şüarları səsləndirib və Baydeni atəşkəs üçün addımlar atmağa çağırıblar.
Nümayişçilərdən biri "Əgər burada itirilən həyatlar sizi maraqlandırırsa, itkilərə hörmət edin və Fələstində atəşkəsə çağırın" deyə bildirib. Başqa bir nümayişçi isə “20 min insan həyatını itirdi, onların qanı sizin əlinizdədir” deyə etiraz edib.
Daha sonra təhlükəsizlik əməkdaşları tərəfindən kilsədən çıxarılan nümayişçilər şüarlar səsləndirməyə davam ediblər. Nümayişçilər kilsədən çıxarıldıqdan sonra zalda qalanlar Baydenin lehinə “4 il daha” şüarları səsləndirərkən, Baydenin etiraza təəccüblənməsi kameraya əks olunub. Bayden daha sonra çıxışına davam edərək, "Mən onların mövqelərini başa düşürəm. Mən İsrail hökuməti ilə sakitcə işləyirəm. İsraili böyük ölçüdə Qəzzadan çıxarmaq üçün əlimdən gələni edirəm" deyə bildirib.