METBUAT.AZ

Ölkə

Bayram günlərində işləyənlər üçün maaş belə hesablanacaq -

1 Yanvar 2024 09:02

Bəzi vətəndaşlar Yeni ili doğmaları ilə yox, iş yoldaşları ilə elə iş başında qarşılamalı olurlar. Ona görə də bayram günləri işə cəlb olunan insanlara maaş fərqli qaydada ödənilməlidir.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, bayram günü işləmək məcburi qaydada yox, işçilərin razılığı ilə olmalıdır və sənədləşdirilməlidir. Onun sözlərinə görə, bu məsələ iş normasından asılı olaraq həyata keçirilməlidir.

Hamilə, 3 yaşına çatmamış uşağı olan qadınların və yaşı 18-dən az olan işçilərin bayram günlərində çalışmaları isə yolverilməzdir.

Daha ətraflı videoda:



metbuat.az.