METBUAT.AZ

İdman

"Beşiktaş" kisənin ağzını açdı -

11 Yanvar 2024 09:12

“Beşiktaş”ın yeni baş məşqçisi Fernando Santos hücum xəttini gücləndirmək üçün rəhbərliyə təlimat verib.

Metbuat.az xəbər verir ki, “Beşiktaş” rəhbərliyi “Barselona”dan ayrılacağı irəli sürülən Robert Levandovskini transfer etmək üçün hərəkətə keçib. İddialara görə, Robert Levandovski bundan əvvəl də “Beşiktaş”ın diqqətində olub. Hələ prezident seçilməzdən əvvəl Həsən Arat, “Beko” şirkətinin sponsorluğu sayəsində “Barselona”nın prezidenti Joan Laporta ilə görüşüb. Həmin görüşdə Levnadovskinin transfer məsələsinin müzakirə edildiyi iddia edilib.

Bildirilir ki, “Barselona”nın idman direktoru Dekonun Santosun keçmiş oyunçusu olması bu transfer reallaşmasına dəstək ola bilər.


metbuat.az.